PAYLAŞIN:

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub.

Azərbaycan Formula 1 tərəfindən dəstəklənən beynəlxalq STEM Racing proqramına rəsmi olaraq qoşulubÖlkədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən icra olunan layihə mühəndislik təhsilinin təşviqinə  gənclərin yüksək texnologiyalar sahəsində gələcək karyera üçün zəruri bilik və bacarıqlara yiyələnməsinə xidmət edir.

Belə ki, proqram çərçivəsində iştirakçıların hazırlığı üçün nəzərdə tutulmuş xüsusi təlim mərkəzi – STEM Racing Hub-un açılışı baş tutub. Yeni mərkəz komandaların yarış modellərinin layihələndirilməsiistehsalı  təkmilləşdirilməsi istiqamətində praktiki fəaliyyət göstərmələri üçün təsis edilib.

 

Layihənin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər  idman naziri Fərid Qayıbov təşəbbüsün əhəmiyyətini vurğulayıb: Ölkəmizin bu qlobal platformanın bir hissəsinə çevrilməsi sevindirici haldır. STEM Racing proqramı məktəblilərə yalnız texniki biliklər qazandırmıreyni zamanda komanda işiliderlik layihələrin idarə olunması kimi vacib bacarıqların inkişafına şərait yaradırProqram iştirakçılarının bir çoxu sonradan mühəndislik ixtisasları üzrə təhsil alırqabaqcıl texnologiya şirkətlərində çalışır  hətta Formula 1-də karyera qururlarİnanıram ki, komandamızın dünya finalında iştirakı ölkəmiz üçün dəyərli təcrübə olacaq  minlərlə gəncə ilham verəcək”.

Proqram çərçivəsində yaradılmış “Caspian Apex” komandası ilk dəfə olaraq Azərbaycanı dünya finalında təmsil edəcəkYarış 2026-cı il 3–8 oktyabr tarixlərində Sinqapurda (Sentosa adası)keçirilməklə dünyanın müxtəlif ölkələrindən ən güclü gənc mühəndis komandalarını bir araya gətirəcək.

STEM Racing proqramının iştirakçıları Formula 1 komandalarının  prinsiplərinə uyğun fəaliyyət göstərirlərHər iştirakçı müəyyən istiqamət üzrə cavabdehdirMəktəblilər mühəndislik proqramlarından istifadə etməklə yarış modelini layihələndiriraerodinamik hesablamalar aparırhissələri 3D printerlər vasitəsilə hazırlayırsınaqlar həyata keçirireyni zamanda marketinqtərəfdaşlarla   təqdimatların hazırlanması istiqamətlərində fəaliyyət göstərirlər.

Proqram çərçivəsində, həmçinin 2027-ci ildə Azərbaycanda ilk STEM Racing üzrə milli çempionatın keçirilməsi planlaşdırılırÇempionatın qalibi ölkəni dünya finalında təmsil etmək hüququ qazanacaq.

 

Loading