PAYLAŞIN:

Sumqayıt şəhəri, Novxanı çimərliyinin Sarıqaya adlanan ərazisində silah-sursat aşkar olunub.

Paraqraf.com-un məlumatına görə, qeyd olunan ərazidə istifadəyə yararlı 1 ədəd 7,62 mm çaplı “AK-47” markalı avtomat silahı, silaha məxsus 1 ədəd daraq və 38 ədəd patron tapılıb.

Aşkar olunan silah-sursat aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading