PAYLAŞIN:

Bu ilin I rübündə Azərbaycanın ixrac etdiyi neftin 1 barelinin orta qiyməti 79,5 ABŞ dolları təşkil edib.

Paraqraf.com bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,15 % çoxdur.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Ötən il “Azeri Light”in orta qiyməti 68,5 ABŞ dolları/barel təşkil edib.

 

Paraqraf.com 

Loading