Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
İDMAN

Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib

16 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsi yaradılıb.

Bu barədə Paraqraf.com-a qurumdan məlumat verilib.

AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan ilk iclasda Komitənin təşkilati məsələlərinə baxılıb. Qərara əsasən, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov Komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova isə katibi seçilib.

Komitənin tərkibində AGF-nin Nümayəndəliklərlə İş şöbəsinin müdiri Elfaq Səfərov, İdman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vahid Məmmədov və sərbəst güləş yığmasının məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar.

İclas zamanı Komitənin fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Fəaliyyət planına güləş üzrə veteranların müəyyənləşdirilməsi meyarlarının hazırlanması, onlara göstərilən diqqət və qayğının artırılması, eləcə də güləş irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən təşəbbüslər daxil edilib.

Bununla yanaşı, Komitənin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Güləş ictimaiyyətinin müxtəlif nümayəndələrinin prosesə cəlb olunması və federasiya ilə veteranlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biri kimi vurğulanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək

Next

UEFA Çempionlar Liqası: “Sabah”ın potensial rəqiblərinin sayı yeddiyə enib

Copyright 2026— Praqraf.com. All rights reserved