PAYLAŞIN:

Türkiyədə qanunsuz onlayn qumar oyunları təşkil etməkdə və müxtəlif növ dələduzluqda şübhəli bilinən 293 nəfər saxlanılıb.

Paraqraf.com “A Haber”-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin 34 şəhər və qəsəbədə keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən 159 nəfər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Saxlanılanlardan 94-ü isə şərti azadlığa buraxılıblar .

Onlar qanunsuz onlayn qumar oyunları təşkilində və sosial şəbəkə vasitəsilə saxta elanlarla vətəndaşlara qarşı dələduzluqda ittiham edilirlər.

 

Paraqraf.com 

Loading