Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Milli Dram Teatrında “Xəyaldan səhnəyə” konserti baş tutub
MƏDƏNİYYƏT

Milli Dram Teatrında “Xəyaldan səhnəyə” konserti baş tutub

15 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Sənət Musiqi və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Xəyaldan səhnəyə” adlı konserti keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə mərkəzin tələbələri musiqi, rəqs və balet nömrələri ilə çıxış edərək il ərzində əldə etdikləri bilik və bacarıqları tamaşaçılar qarşısında nümayiş etdiriblər.

Rəngarəng səhnə nömrələri uşaqların yaradıcılıq potensialını, səhnə mədəniyyətini və sənətə olan marağını əks etdirib.

Qeyd edək ki, tədris ili ərzində Sənət Musiqi və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə müxtəlif mərkəzdaxili konsertlər, yaradıcılıq sərgiləri və tamaşalar da keçirilib. Sərgilərdə uşaqlar rəsm və heykəltaraşlıq sahəsində hazırladıqları əsərləri təqdim edərək yaradıcılıq dünyalarını və bədii təxəyyüllərini nümayiş etdiriblər.

Həmçinin Sənət Musiqi və İncəsənət Mərkəzi dünyanın nüfuzlu təhsil və imtahan qurumlarından biri olan Trinity College London ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində kollecin Azərbaycandakı yeganə rəsmi imtahan mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, onların estetik zövqünü formalaşdırmaq, incəsənətin müxtəlif istiqamətləri üzrə bacarıqlarını inkişaf etdirmək və özünü sərbəst ifadə edə bilən fərdlər kimi yetişmələrinə dəstək olmaqdır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram

Next

Adil Kərimli UNESCO-nun tədbirində iştirak edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved