PAYLAŞIN:

Filippinin cənubunda 6,6 maqnitudalı zəlzələ olub.

Paraqraf.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Filippin Dövlət Seysmoloji Agentliyi (Phivolcs) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar bazar ertəsi Mindanaodakı Qubernator-Xeneroso bələdiyyəsindən 164 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 86 kilometr dərinlikdə yerləşib.

 

Paraqraf.com 

Loading