Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Bu addım 3 təhlükəli xəstəlikdən insanı qoruyur
SAĞLAMLIQ

Bu addım 3 təhlükəli xəstəlikdən insanı qoruyur

15 İyun 2026 1 Min Read
PAYLAŞIN:

GDT peyvəndi uşaqların sağlamlığının qorunmasında mühüm rol oynayır.

Paraqraf.com “Yeni Sabah”a istinadən xəbər verir ki, bu peyvənd göyöskürək, tetanus və difteriya kimi ağır fəsadlara və hətta ölümə səbəb ola bilən xəstəliklərə qarşı effektiv müdafiə vasitəsi hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, göyöskürək tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyidir və əsas əlaməti tutmaşəkilli, spazmodik öskürəkdir. Xüsusilə 2 yaşdan kiçik uşaqlar üçün böyük risk daşıyan xəstəlik hava-damcı yolu ilə yayılır. Göyöskürək pnevmoniya, qıcolma, tənəffüs dayanması, yırtıqlar və digər ağırlaşmalara səbəb ola bilər. Xəstəlikdən qorunmağın ən effektiv yolu vaxtında peyvənd olunmaqdır.
Tetanus isə bakteriyaların ifraz etdiyi toksinlərin təsiri nəticəsində yaranan, ağrılı əzələ spazmları ilə müşayiət olunan və ölüm riski daşıyan xəstəlikdir. İnfeksiya adətən torpaq, toz və ya peyinlə çirklənmiş yaralar vasitəsilə orqanizmə daxil olur. Xəstəlik qırtlaq spazmı, pnevmoniya, nəfəsalma çətinliyi, sümük sınıqları və digər ciddi fəsadlara səbəb ola bilər.
Difteriya həyat üçün təhlükəli kəskin infeksion xəstəliklərdən biridir. Xəstəlik burun tutulması, udqunma zamanı ağrı və ümumi halsızlıqla özünü göstərir. Bakteriyanın ifraz etdiyi toksinlər ürək-damar və sinir sisteminə ciddi zərər vurur. Ağır hallarda yüksək hərarət, güclü baş ağrısı, yuxululuq və səs dəyişiklikləri müşahidə edilir.
Həkimlər vurğulayırlar ki, göyöskürək, tetanus və difteriyadan qorunmağın, həmçinin bu xəstəliklərin yaratdığı ağırlaşmaların qarşısını almağın ən etibarlı yolu peyvənd təqviminə uyğun olaraq GDT peyvəndinin vaxtında vurulmasıdır.
Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Yenidən tarix yazmağa hazıram” – Nazim Sadıxov

Next

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Copyright 2026— Praqraf.com. All rights reserved