Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ben-Qvir Trampın razılaşması barədə: İsrail ABŞ-yə tabe deyil
DÜNYA

Ben-Qvir Trampın razılaşması barədə: İsrail ABŞ-yə tabe deyil

15 İyun 2026 1 Min Read
PAYLAŞIN:

İsrail ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif etdiyi sazişlə özünü əlaqəli hesab etmir və ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarları müstəqil şəkildə qəbul etmək niyyətindədir.

Paraqraf.com xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” sosial şəbəkəsində yazıb.

“Trampın razılaşması bizim üçün məcburi deyil. İsrail Birləşmiş Ştatlara tabe olmur və biz müstəqil, suveren dövlətik”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, İsrail ABŞ-nin dəstəyini yüksək qiymətləndirir və Prezident Trampa minnətdardır, lakin təhlükəsizlik məsələləri müstəsna olaraq yəhudi dövlətinin maraqları ilə müəyyən edilməlidir.

“Mənim mövqeyim aydındır: biz təhlükəsizliyimizi qorumayan bu razılaşmanın iştirakçısı deyilik və o, heç bir formada bizim üçün məcburi deyil. Biz “Hizbullah”ın tərksilah edilməsindən daha azını tələb edərək güzəştə getmək hüququna malik deyilik, döyüşçülərimizin tutduğu ərazilərin heç birindən geri çəkilmək hüququmuz yoxdur… Və xüsusilə də İsrailin atəşə tutulması qarşısında bir an belə susmağa haqqımız yoxdur”, – o qeyd edib.

Bundan əlavə, nazir vurğulayıb ki, Livandan İsrail ərazisinə hər bir pilotsuz uçuş aparatının və ya raketin buraxılması İsrailin Dahiyaya zərbə endirməsinə səbəb olacaq.

“Bu, cəmi bir neçə ay əvvəl mövcud olan çəkindirmə balansı idi və biz heç bir halda ondan imtina edə bilmərik”, – Ben-Qvir bildirib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pedro Sançes: İrandakı münaqişə 7 400 nəfərin həyatına son qoyub

Next

Rusiya Kiyevə kütləvi zərbə endirib: 4 nəfər ölüb, 23 nəfər yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved