PAYLAŞIN:

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub.

Belə ki, “Lada” markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü İsmət Nağıyev hadisə yerində vəfat edib. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Qəza yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma başlanılıb.

 

Paraqraf.com 

Loading