Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/DİN: “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
CƏMİYYƏT

DİN: “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb

14 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb.

DİN-in Mətbuat Xidmətindən Paraqraf.com-a bildirilib ki, tədbirlərlə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və bölgələrdə polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət gücləndirilmiş rejimdə təşkil olunub.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dayanma-durma qaydalarına nəzarət, məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb. Eyni zamanda sürücülük hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsinə qarşı profilaktik nəzarət tədbirləri həyata keçirilib.

“Görülən kompleks tədbirlər nəticəsində “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər zamanı ictimai asayiş pozuntularının və ciddi hüquqazidd halların qarşısı alınıb, məzunlar bu əlamətdar günü təhlükəsiz şəraitdə qeyd ediblər.

Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin olunmasına göstərdikləri dəstəyə, qanunvericiliyin tələblərinə əməl etdiklərinə və polis əməkdaşları ilə əməkdaşlıq etdiklərinə görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edir.

Nazirlik eyni zamanda məzunları həyatlarının bu əlamətdar mərhələsi münasibətilə təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayır”, – deyə o əlavə edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Financial Times”: Ebola xəbərdarlıq ola bilər

Next

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı

Copyright 2026— Praqraf.com. All rights reserved