ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşədə yanğın başlayıb
ABŞ-nin şimal-qərbində, Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Fox News” telekanalının yerli bölməsi məlumat yayıb.
Qeyd olunub ki, pilot katapult edib və xəstəxanaya aparılıb. Qəzanın səbəbi açıqlanmayıb.
Qəza nəticəsində meşədə yanğın başlayıb.
Xilasedicilər hadisənin baş verdiyi Rimrok gölü yaxınlığındakı istirahət edənləri təxliyə ediblər. Yanğınsöndürənlər alovu söndürmək üçün hadisə yerinə cəlb edilib.
Paraqraf.com
![]()