Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
SİYASƏT

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

13 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb.

Bu barədə Paraqraf.com-a Milli Məclisdən məlumat verilib.

Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kambocanın dost ölkələr olduğu vurğulanıb, iki ölkə arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.

Azərbaycan və Kambocanın BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyindən və tərəflər arasında mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin dərinləşməsində parlamentlərin rolu qeyd edilib.

S.Qafarova özünün Kambocaya rəsmi səfərini və səfər zamanı bu ölkənin Baş naziri, Milli Assambleyanın və Senatın sədrləri ilə görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Milli Assambleyası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini də vurğulayıb. Spiker beynəlxalq parlament təşkilatlarında, xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində, həmçinin ASEAN Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

T.Vathana ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən parlamentlər çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edib. Qonaq bu kontekstdə qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığının rolunu qeyd edib.

Görüşdə bu səfərin Yeni Azərbaycan Partiyasının Şuşada keçirəcəyi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə həyata keçirildiyi qeyd olunaraq, iki ölkənin siyasi partiyaları arasında da əməkdaşlığın olması müsbət qiymətləndirilib.

S.Qafarova tədbirdə iştirak edəcək qonaqların Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri zamanı orada aparılan nəhəng quruculuq işləri ilə tanış olacaqlarını da söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalı və işğaldan azad edilməsi haqqında qonağa məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi keçirilib

Next

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved