Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/TDT ölkələrinin tələbələri üçün Beynəlxalq İncəsənət Müsabiqəsinə qeydiyyat başlayıb
ELM VƏ TƏHSİL

TDT ölkələrinin tələbələri üçün Beynəlxalq İncəsənət Müsabiqəsinə qeydiyyat başlayıb

11 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyənin “Hitay” Fondu bu il Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığı ilə keçirilən 11-ci Beynəlxalq İncəsənət Müsabiqəsinə müraciətləri iyunun 30-dək qəbul edəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hitay” Fondunun məlumatında bildirilib.

Müsabiqədə iştiraka Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan və Türkmənistandan olan tələbələr dəvət olunur.

Seçimin nəticələri iyulun 14-də elan ediləcək.

Müsabiqə 2013-cü ildən fondun təsisçisi Emin Hitayın təşəbbüsü ilə keçirilir və gənc rəssamların dəstəklənməsinə, eləcə də onların beynəlxalq incəsənət səhnəsinə çıxmasına yönəlib. Ötən il müsabiqə ilk dəfə olaraq bütün Türkiyə üzrə iştirakçılar üçün açıq olub və 1 minə yaxın müraciət qəbul edib.

“Rəssamlıq, heykəltəraşlıq, fotoqrafiya və təsviri incəsənətin digər istiqamətləri üzrə təhsil alan bakalavriat və magistratura tələbələri müraciət edə (http://yarisma.hitayvakfi.com) biləcəklər”, – məlumatda qeyd olunub.

Eyni zamanda bildirilib ki, seçimin nəticələrinə əsasən beynəlxalq münsiflər heyəti ən yaxşı portfolioya malik 10 iştirakçını seçəcək. Onlar noyabrın 22-dək davam edəcək 61-ci Venesiya Biennalesi çərçivəsində yeddi günlük tanışlıq proqramında iştirak etmək imkanı qazanacaqlar.

Proqram çərçivəsində gənc rəssamlar beynəlxalq incəsənət mühiti ilə tanış ola, biennale ekspozisiyalarını və digər sərgi layihələrini ziyarət edə biləcəklər.

Fondun məlumatına görə, müsabiqənin keçirildiyi illər ərzində 40 tələbə aparıcı beynəlxalq incəsənət məkanları ilə tanış olmaq və yaradıcılıq baxışlarını genişləndirmək imkanı əldə edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Next

Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Copyright 2026— Praqraf.com. All rights reserved