Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
MƏDƏNİYYƏT

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb

08 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri təntənəli konsert proqramı ilə başa çatıb.

Paraqraf.com xəbər verir ki, konsert proqramını hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmiləri, Azərbaycanın Türkmənistandakı Səfirliyinin rəhbər şəxsləri, eləcə də hər iki ölkənin mədəni-ictimai xadimləri, media mənsubları izləyiblər.

Proqram çərçivəsində iki ölkənin xalq və əməkdar artistlərinin mədəniyyət günləri üçün hazırlanmış duetləri səsləndirilib.

Ardınca Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım” adlı kompozisiyanı təqdim edib.

Ansamblın “Qağayı”, “Çayçı”, “Ağ çiçəyim”, “Toy”, “Şalı”, “Qaytağı” və digər Azərbaycan rəqs sənətinin incilərindən ibarət proqramı qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bununla da, Türkmənistanın paytaxt Aşqabad və Arkadağ şəhərlərində iyunun 5-dən etibarən başlayan Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar

Next

Səs-küyü ləğv edən qulaqlıqlar beynin tarazlığını pozur

Copyright 2026— Praqraf.com. All rights reserved