Mərakeş millisinin iki futbolçusu dünya çempionatından əvvəl zədələnib
Mərakeş millisinin futbolçuları Nussair Mazraui və Abde Ezzalzuli dünya çempionatından əvvəl zədələniblər.
Paraqraf.com-un məlumatına görə, yığma üzvləri Norveçə qarşı keçirdikləri yoldaşlıq oyununda (1:1) sıradan çıxıblar.
Mazraui 29-cu dəqiqədə, Ezzalzuli isə fasilədə əvəzlənməli olub. Onların zədələrinin ciddiliyi hələlik məlum deyil.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq. Mərakeş C qrupunda Braziliya, Şotlandiya və Haiti ilə üz-üzə gələcək.
Paraqraf.com
![]()