Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Paraqraf.com ailəsi Türkan Səfərovanı təbrik edir
MANŞETÖZƏL

Paraqraf.com ailəsi Türkan Səfərovanı təbrik edir

07 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bu gün Paraqraf.com informasiya portalının təsisçisi Türkan Səfərovanın doğum günüdür.

Türkan Səfərova uzun illər Azərbaycan mediasında uğurlu fəaliyyət göstərərək jurnalistika sahəsində özünəməxsus yer tutub. Xüsusilə Space TV-də çalışdığı dövrdə peşəkarlığı, operativliyi və jurnalist etikasına sadiqliyi ilə həm həmkarlarının, həm də tamaşaçıların rəğbətini qazanıb.

Media sahəsində qazandığı zəngin təcrübəni sonrakı fəaliyyətində də uğurla davam etdirən Türkan Səfərova bu gün rəhbərlik etdiyi Paraqraf.com informasiya portalının inkişafında mühüm rol oynayır. Onun məqsədyönlü fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı və media prinsiplərinə sadiqliyi saytın qısa müddətdə geniş oxucu auditoriyası qazanmasına öz töhfəsini verib.

Bir media rəhbəri kimi Türkan xanım daim yeniliklərə açıq mövqeyi, peşəkar kollektiv formalaşdırmaq bacarığı və jurnalistikanın inkişafına verdiyi dəstəklə seçilir.

Fürsətdən istifadə edərək, Paraqraf.com-un Baş redaktoru olaraq Türkan xanımı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi, yeni uğurlar və həyata keçən arzular arzulayıram. İnanıram ki, gələcək fəaliyyətində də daha böyük nailiyyətlərə imza atacaq və Azərbaycan mediasına dəyərli töhfələr verməyə davam edəcək.

Doğum gününüz mübarək, Türkan xanım!

Hörmətlə,
Həsən Məmmədov
Paraqraf.com-un Baş redaktoru

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda veteran stolüstü tennisçilərin ölkə çempionatına start verilib

Next

UEFA Rusiya klublarının kənarlaşdırılma müddətini uzadıb

Copyright 2026— Praqraf.com. All rights reserved