Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
İQTİSADİYYAT

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

07 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyədə səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Ludmila Katlabuqa ilə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Paraqraf.com-a verilən məlumata görə, nazir Məcnun Məmmədov aqrar sahənin iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri olduğunu deyib.

Azərbaycan-Moldova İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasına da toxunan nazir bildirib ki, iclasda iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, hər iki ölkə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına mühüm önəm verir.

M. Məmmədov Azərbaycanda hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Moldova tərəfini bu sərgidə milli pavilyonla təmsil olunmağa, moldovalı iş adamlarını sərgidə fəal iştiraka çağırıb.

Görüşdə aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

Hazırda Azərbaycanda aqrar sektorun rəqəmsallaşması prosesinin həyata keçirildiyi, ölkəmizin bu sahədə əldə etdiyi təcrübəni Moldova tərəfi ilə bölüşməyə hazır olduğu diqqətə çatdırlıb.

Söhbət zamanı kənd təsərrüfatı sahəsində Azərbaycan-Moldova İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Portuqaliya – Çili matçındakı qarşıdurmadan sonra Leao və Roman meydandan kənarlaşdırılıb

Next

Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved