Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilib
MƏDƏNİYYƏT

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilib

06 İyun 2026 2 Min Read
PAYLAŞIN:

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilib.

Paraqraf.com xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyin Azərbaycanın gələcək inkişafında əsas prioritetlər kimi müəyyən olunduğunu nəzərə çatdırıb.

Məruzədə Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və birbaşa rəhbərliyi sayəsində dövlət idarəçiliyində rəqəmsal transformasiyanın dərinləşdiyi, müvafiq sahənin strateji əhəmiyyəti, kadr hazırlığının elmi potensialla dəstəkləndiyi, kibersuverenliyin təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi bildirilib.

Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov rəqəmsal texnologiyaların milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqdakı strateji roluna toxunaraq, ali təhsil müəssisələrində müasir tədris proqramlarının hazırlanmasının dövrün tələbi olduğunu qeyd edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTD) rəisinin birinci müavini Yaşar Əməşov kibercinayətkarlığın qarşısının alınması və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsinin dövlət təhlükəsizliyinin prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov innovativ həllərin yaratdığı yeni kiberrisklərdən bəhs edib, rəqəmsal sübutların düzgün əldə edilməsinin cinayətlərin açılmasında həlledici rol oynadığını açıqlayıb.

Tədbirdə həmçinin AzTU-nun rektoru Vilayət Vəliyev, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Milli Müdafiə Universitetinin rektor müavini Arif Həsənov, AKTA-nın icraçı direktoru Rauf Cabbarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

Çıxışçılar artan kibertəhdidlər qarşısında dövlət informasiya sistemlərinin mühafizəsi və rəqəmsal cinayətkarlığa qarşı mübarizə üçün elm, təhsil müəssisələri, eləcə də müvafiq dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mariyana Kuyundziç: Aİ və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə məhsuldar danışıqlar aparıb

Next

DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb

Copyright 2026— Praqraf.com. All rights reserved