Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
MƏDƏNİYYƏT

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

06 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bakıda “Classics & Supercars” festivalı başlayıb.

Paraqraf.com xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.

İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, “Supercar”lar və idman avtomobilləri nümayiş olunacaq.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunur.

Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunan nəqliyyat vasitələridir.

Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini özündə əks etdirən nadir nəqliyyat vasitələridir. Onlar özünəməxsus dizaynı və dövrünün mühəndislik nailiyyətləri ilə seçilirlər. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa edilir və nümayiş olunur. Hər bir klassik avtomobil öz dövrünün tarixini yaşadır.

Festivalda retro avtomobillərlə yanaşı güclü mühərrik və müasir texnologiyalarla seçilən müxtəlif növ idman avtomobilləri və “Supercar”lar da təqdim edilir.

Beləliklə, festivala gələn ziyarətçilər istər yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillər, istərsə də öz tarixi və zərifliyi ilə dəyər qazanan retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı qazanıb. Avtomobil sənayesinin inkişafını və müxtəlif dövrlərin ruhunu əks etdirən həmin avtomobillərin hər biri özünəməxsus xüsusiyyətləri ilə ziyarətçilərdə maraq yaradıb.

Səhər saat 11-də başlayan sərgi iyunun 6-da axşam saat 18.00-dək, iyunun 7-də isə saat 16.00-dək davam edəcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar

Next

Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilir

Copyright 2026— Praqraf.com. All rights reserved