Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində dəniz helikopterlərinin satışını təsdiqləyib
DÜNYA

ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində dəniz helikopterlərinin satışını təsdiqləyib

06 İyun 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində beş “Seahawk” dəniz helikopterinin satışını təsdiqləyib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

Daha əvvəl Yeni Zelandiya hökuməti müdafiə imkanlarını gücləndirmək üçün hərbi xərcləri, demək olar ki, iki dəfə artıracağını vəd etmişdi.

“ABŞ Dövlət Departamenti Yeni Zelandiyaya beş ədəd MH-60R “Seahawk” çoxməqsədli helikopterinin və əlaqəli avadanlıqların satışını rəsmən təsdiqləyib”, – qurumun iyunun 5-də dərc olunmuş bəyanatında bildirilib.

Agentlik qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa və Asiya-Sakit okean regionundakı müttəfiqlərinə təzyiq göstərərək onları hərbi xərcləri artırmağa çağırır.

“Nəzərdə tutulan sövdələşmə kritik əhəmiyyətli infrastrukturun etibarlı şəkildə qorunmasını təmin edərək Yeni Zelandiyanın mövcud və gələcək hərbi təhdidlərə qarşı gəlmək qabiliyyətini artıracaq”, – Dövlət Departamentindən bildirilib.

Agentlik xatırladıb ki, “Seahawk” helikopterlərinin alınması Yeni Zelandiya hökumətinin 2025-ci ildə təqdim etdiyi müdafiə planının bir hissəsidir. Sənəd dörd il ərzində hərbi xərclərin artırılmasını və səkkiz il ərzində müdafiə büdcəsinin, demək olar ki, iki dəfə artaraq ÜDM-in 2 %-nə çatdırılmasını nəzərdə tutur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ermənistan Prokurorluğuna “Güclü Ermənistan”ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib

Next

ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub

Copyright 2026— Praqraf.com. All rights reserved