Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Yasamal Rayon Prokurorluğunda əmək hüquqlarının müdafiəsinə dair seminar keçirilib
MƏDƏNİYYƏT

Yasamal Rayon Prokurorluğunda əmək hüquqlarının müdafiəsinə dair seminar keçirilib

05 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Yasamal Rayon Prokurorluğunun inzibati binasında “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirilib.

Paraqraf.com xəbər verir ki, seminarda prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri və ictimai fəallar iştirak ediblər.

Tədbirin əsas məqsədi əmək hüquqlarının müdafiəsi sahəsində qanunçuluğun təmin edilməsi, vətəndaşların əmək hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu, habelə media və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi və hüquqi maarifləndirmənin artırılması olub.

Seminarı giriş sözü ilə açan Yasamal rayon prokuroru Elman Süleymanov əmək münasibətləri sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayaraq, əmək hüquqlarının pozulması hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən görülən tədbirlər və vətəndaş müraciətlərinə baxılması təcrübəsi barədə məlumat verib.

Daha sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlərin ictimaiyyətə operativ və düzgün çatdırılmasının əhəmiyyətindən danışıb, media ilə səmərəli əməkdaşlığın və ictimai məlumatlandırmanın bu sahədə mühüm rol oynadığını qeyd edib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev isə əmək qanunvericiliyinin pozulması ilə bağlı müraciətlərə baxılması, əmək hüquqlarının bərpası istiqamətində görülən tədbirlər və prokurorluq orqanlarının bu sahədə həyata keçirdiyi profilaktik fəaliyyət barədə məlumat verib.

Seminar çərçivəsində əmək hüquqlarının müdafiəsində dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti, hüquqi maarifləndirmənin genişləndirilməsi və əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunmasının əhəmiyyəti müzakirə olunub.

Tədbir interaktiv formatda davam etdirilib, iştirakçılar mövzu ətrafında çıxış edərək suallar ünvanlayıb və fikir mübadiləsi aparıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb

Next

Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved