Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Türkmənistanda “Tağıyev: Neft” bədii filminin nümayişi olub
MƏDƏNİYYƏT

Türkmənistanda “Tağıyev: Neft” bədii filminin nümayişi olub

05 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Tağıyev: Neft” bədii filminin nümayişi olub.

Paraqraf.com xəbər verir ki, film ölkənin “Kinovideoxidmət” Birliyinin “Aşqabad” Kinoteatrında təqdim edilib.

Tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, eləcə də hər iki nazirliyin digər rəsmiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Nümayişdən öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərininin əhəmiyyətinə toxunub:

“Hər iki xalq mədəniyyət baxımından bir-birinə çox yaxındır. Bu kimi qarşılıqlı mədəniyyət günləri xalqlar arasındakı dostluq, qardaşlıq bağlarını daha da gücləndirir”.

Orxan Fikrətoğlu nümayiş olunan “Tağıyev: Neft” filminin süjet xəttinin də türkmən xalqı üçün yad olmadığına diqqət çəkib:

“Nəzərə alsaq ki, türkmənlər də neft-qaz sektoru ilə məşğuldurlar, bu baxımdan, filmin mövzusu onlara çox tanışdır”.

Nazir müşaviri mədəniyyət günləri çərçivəsində nümayiş olunan filmlərdən üçünün prodüser filmi olduğunu deyərək bunun da öz növbəsində prodüser filmlərinin inkişafına təkan verəcəyini söyləyib.

Filmin rejissoru Zaur Qasımlı isə “Tağıyev: Neft”in mədəniyyət günləri çərçivəsində davamlı nümayiş etdiriləcəyini bildirib:

“Biz hesab edirik ki, iki ölkənin mədəni yaxınlığından və mədəni münasibətindən yola çıxaraq bu kimi nümayişləri daha çox edə bilərik”.

“Türkmənfilm”in baş direktorunun müavini Sahısaleh Bayramov “Tağıyev: Neft” filmini Qazaxıstanda “Qorqud Ata” festivalı çərçivəsinsə izlədiyini və çox təsirləndiyini deyib:

“Bu kontesktdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə ortaq film istehsalını da müzakirə etmişik. Ümimiyyətlə, bizim xalqlar, onların mədəniyyəti çox yaxındır. Bu mənada, ortaq layihələrin icrası mümkündür”.

Sonra “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş olunub.

Xatırladaq ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Film milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Next

Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb

Copyright 2026— Praqraf.com. All rights reserved