Konstantsa (Rumıniya) limanında dəniz dronu partlayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Digi24” portalı Rumıniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
“İyunun 5-də Konstansanın mülki limanında, Rumıniya Dənizdə Xilasetmə Agentliyinin mənzil-qərargahı yaxınlığında aşkar edilən dəniz dronu partlayıb”, – məlumatda bildirilib.
Ərazi Rumıniya kəşfiyyat xidməti, sahil mühafizəsi və Milli Müdafiə Nazirliyinin qüvvələri tərəfindən mühasirəyə alınıb. Obyekt isə həmin vaxt qiymətləndirmə və onun təhlükəsizliyinin təmin edilməsi prosesində olub.
Paraqraf.com
![]()
