Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
SİYASƏT

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

05 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanın Tacikistandakı Səfirliyi Düşənbədə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Paraqraf.com-un məlumatına görə, tədbirdə Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir, Tacikistan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Azamşo Şarifi, Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Qayrat Əzizzadə, Tacikistan hökumətinin və parlamentinin, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Düşənbədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ictimaiyyətin və işgüzar dairələrin nümayəndələri, həmçinin Tacikistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edib.

Diplomat 108 il əvvəl müsəlman Şərqində yaradılan ilk demokratik, hüquqi, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb.

Səfir həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətləri, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğunda xüsusi rolunu, eləcə də bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Ə.Əskərov vurğulayıb ki, bu gün Azərbaycan öz mövqelərini möhkəmləndirib, siyasi, iqtisadi və hərbi qüdrətə sahib olub, eləcə də beynəlxalq arenada yüksək nüfuz qazanıb.

Çıxışı zamanı diplomat həmçinin 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirildiyini qeyd edib. O vurğulayıb ki, bu, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunun göstəricisidir.

Səfir iştirakçıları Azərbaycanın azad edilmiş ərazilərində aparılan tikinti-bərpa işlərinin gedişatı barədə məlumatlandırıb.

Ə.Əskərov həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər ilə bağlı məsələyə və bu gün Azərbaycanın hələ də üzləşdiyi mina təhlükəsinə toxunub.

İkitərəfli münasibətlərdən danışan diplomat vurğulayıb ki, dövlət başçıları arasındakı xüsusi və etimada əsaslanan münasibətlər Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafına güclü təkan verir.

Ziyafətdə Tacikistan Dövlət Akademik Opera və Balet Teatrının solisti Doston Xolovun ifasında Azərbaycan musiqiləri səsləndirilib, Azərbaycan-Tacikistan münasibətlərinə həsr olunan sərgi təqdim edilib, ölkə ilə bağlı videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib

Next

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved