Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Almaniya Biznes Şurasının yaradılmasını müzakirə edib
SİYASƏT

Azərbaycan və Almaniya Biznes Şurasının yaradılmasını müzakirə edib

05 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və Almaniya arasında sənaye, “yaşıl enerji” sahələrində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması məsələləri müzakirə olunub.

Paraqraf.com İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayevlə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüşdə Azərbaycanın investisiya mühiti, regional bağlantılar və nəqliyyat-logistika potensialı barədə məlumat verilib. Tərəflər yaşıl enerji, sənaye və texnologiya transferi üzrə Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndiriblər. Bu çərçivədə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkanı müzakirə olunub. Qeyd edilib ki, belə bir platforma iki ölkənin sahibkarları arasında müntəzəm dialoqun təşkili, qarşılıqlı məlumat mübadiləsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola bilər.

Bununla yanaşı, investisiya imkanlarının təqdimatı və Azərbaycan-Almaniya işgüzar tərəfdaşlığının gücləndirilməsi məqsədilə Almaniya tərəfi iyunun 16-19-da Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumuna və 25-26 sentyabr tarixlərində təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda 5 ayda vergi daxilolmaları 8 milyard manata yaxın olub

Next

Azərbaycanda 5 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved