500 min nəfərin nəticələri təhlil edildi: 8 saatlıq yuxu qaydası nəticəsiz imiş
Uzun illər sağlam həyatın əsas qaydalarından biri kimi qəbul edilən “8 saatlıq yuxu” ilə bağlı ənənəvi yanaşma yeni araşdırmalarla yenidən müzakirə olunur. Alimlərin qənaətinə görə, həm az, həm də həddindən artıq yuxu orqanizmin bioloji qocalma prosesini sürətləndirə bilər. Sağlam yaşlanma üçün ən uyğun yuxu aralığının gecə 6,4 ilə 7,8 saat arasında olduğu bildirilir.
Paraqraf.com xəbər verir ki, araşdırmanın nəticələri yuxu müddəti ilə bağlı illərlə qəbul edilən fikirlərin dəyişə biləcəyini göstərir. Təxminən 500 min insanın məlumatlarını təhlil edən tədqiqatçılar ideal yuxu müddətinin düşünüləndən fərqli ola biləcəyini ortaya çıxarıb.
Məlumata əsasən, yuxunun azlığı kimi çoxluğu da ürək, beyin, metabolizm və immun sistemi üzərində mənfi təsirlər yarada bilər.
Yuxu və sağlam yaşlanma əlaqəsi
Uzun illər “hər kəs üçün 8 saat yuxu” yanaşması doğru hesab olunsa da, yeni elmi nəticələr bunun hər zaman keçərli olmadığını göstərir. Araşdırmalara görə, həm az, həm də çox yuxu bioloji yaşlanmanı sürətləndirə bilər.
Alimlərin fikrincə, sağlam yaşlanma üçün ən uyğun interval gecə 6,4–7,8 saatdır.
Paraqraf.com
![]()