Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı
SAĞLAMLIQ

Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı

04 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Üçqat xərçəng əleyhinə peyvənd artıq kimyaterapiya və immunoterapiyaya cavab verməyi dayandırmış 15 xəstədə bədxassəli şişləri tamamilə məhv edə bilib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Məlumata görə, 11 ölkədən 102 pasientin iştirak etdiyi sınaq əvvəllər digər müalicələrə cavab verməyən residivli və ya metastatik xərçəng xəstələrini əhatə edib. “Amivantamab” preparatı sınaqda iştirak edən xəstələrin üçdə birindən çoxunda şişləri kiçildib. 15 xəstədə isə şişlər tamamilə yoxa çıxıb.

Tədqiqatda dünyada altıncı ən çox yayılmış xərçəng növü olan baş və boyun xərçəngi olan xəstələr iştirak edib.

Tədqiqatçılar oxşar nəticələrin ağciyər xərçəngi olan xəstələrdə də əldə edildiyini qeyd ediblər.

“Amivantamab” hazırda təxminən 60 klinik sınaqda, əsasən ağciyər xərçəngin, eləcə də kolorektal, beyin və mədə xərçənglərində sınaqdan keçirilir.

“Bu, müalicə variantları son dərəcə məhdud olan xəstə qrupu üçün görünməmiş dərəcədə güclü bir reaksiyadır”, – London Xərçəng Tədqiqatları İnstitutunun professoru Kevin Harrinqton bildirib.

Onun sözlərinə görə, bu metodun hər il minlərlə xəstəyə kömək etmək potensialı var.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yaşıl meydanlardakı gizli təhlükə qan nümunələrində ortaya çıxdı

Next

Ağdam Sənaye Parkında yeni rezident

Copyright 2026— Praqraf.com. All rights reserved