Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb
İQTİSADİYYAT

Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb

04 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Son 10 ildə Azərbaycanda real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub.

Paraqraf.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 10 il ərzində kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunur: “Bu həm bitkiçilik, həm heyvandarlıq sahəsinə aiddir. Belə ki, son 10 ildə ümumilikdə real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub. Bu göstərici bitkiçilik sahəsində 48,2 % və heyvandarlıq sahəsində isə 29,6 % idi. Ümumilikdə müsbət tendensiyalar olaraq da həmçinin aqrar və qida məhsullarının ixracının da 62,8 % yüksəldiyini qeyd edə bilərəm”.

O əlavə edib ki, bu kontekstdə həmçinin hüquqi və institusional çərçivədə və həmçinin sahəyə dəstək verən infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər, fəaliyyətlər icra olunub: “Soyuducu anbarların həcmi artıb, taxıl elevatorlarının və logistika imkanları yaxşılaşdırılıb, həmçinin fermerlərin lizinqə çıxış imkanları yaxşılaşdırılıb. 96 mindən çox kənd təsərrüfatı texnikasına lizinqlərlər verilib”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dövlət qurumlarının nümayəndələri Bakı Limanında görülmüş işlərlə tanış olublar

Next

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Copyright 2026— Praqraf.com. All rights reserved