Skip to content
04 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • İyun
  • 4
  • Mütəxəssis: Menopoz dövründə lobya və soya ürək xəstəlikləri riskini azalda bilər

Mütəxəssis: Menopoz dövründə lobya və soya ürək xəstəlikləri riskini azalda bilər

Həsən 04 İyun 2026
1efb5239a9e568f4d5a98202893e6997_qaragoz
PAYLAŞIN:
Menopoz dövründə olan qadınlara lobya və soya məhsullarını daha tez-tez qida rasionuna daxil etmək tövsiyə olunur.
Paraqraf.com xəbər verir ki, amerikalı qidalanma mütəxəssisi Tara Şmidt bildirib ki, bu məhsullar arterial təzyiqin normada saxlanmasına kömək edir və ürək-damar xəstəlikləri riskini azaldır.
Mütəxəssisin sözlərinə görə, lobya və soya məhsulları qida lifləri, antioksidantlar və minerallarla zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərir. Xüsusilə menopozdan sonra hormonal dəyişikliklər səbəbindən qadınlarda yüksək qan təzyiqi və digər ürək xəstəliklərinin inkişaf riski artır.
Tara Şmidt lobyanın salatlara, şorbalara və digər yeməklərə müntəzəm əlavə edilməsini tövsiyə edir. Onun izahına görə, liflə zəngin qidaların həzmi zamanı asetat, butirat və propionat kimi qısazəncirli yağ turşuları əmələ gəlir. Bu maddələr qana sorularaq arterial təzyiqin aşağı düşməsinə kömək edə bilər.
Bundan əlavə, lobya və soyanın tərkibində olan kalium orqanizmdən artıq natriumun xaric olunmasını sürətləndirərək qan təzyiqinin tənzimlənməsinə yardım edir. Nəticədə qan damarlarına düşən yük azalır.
Kardioloq Sem Setare də qeyd edib ki, yüksək qan təzyiqi orta və yaşlı qadınlarda ən çox diqqətdən kənarda qalan sağlamlıq problemlərindən biridir. Hipertoniya əksər hallarda simptomsuz keçsə də, infarkt, insult və digər ciddi fəsadların riskini əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssisin sözlərinə görə, menopauza dövründə estrogen və progesteron kimi qadın cinsi hormonlarının səviyyəsinin azalması damar tonusunun tənzimlənməsinə mənfi təsir göstərir və hipertoniya riskini yüksəldir.
Qeyd edək ki, daha əvvəl aparılmış elmi araşdırmalar paxlalı bitkilərin və soya məhsullarının müntəzəm istifadəsinin yüksək qan təzyiqinin yaranma riskini təxminən 30 faiz azalda biləcəyini göstərib.
Paraqraf.com 

Loading

About The Author

Həsən

See author's posts

Post navigation

Previous: Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub
Next: Yaşıl meydanlardakı gizli təhlükə qan nümunələrində ortaya çıxdı

OXŞAR MÖVZULAR

xerceng

Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı

Həsən 04 İyun 2026
fa2579e178d1cbfcdf3987107213bd44_2

Yaşıl meydanlardakı gizli təhlükə qan nümunələrində ortaya çıxdı

Həsən 04 İyun 2026
60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

Həsən 03 İyun 2026

XƏBƏR LENTİ

Ağdam Sənaye Parkında yeni rezident 92727937-4d96-46c8-b0ab-421a13695d26

Ağdam Sənaye Parkında yeni rezident

04 İyun 2026
Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı xerceng

Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı

04 İyun 2026
Yaşıl meydanlardakı gizli təhlükə qan nümunələrində ortaya çıxdı fa2579e178d1cbfcdf3987107213bd44_2

Yaşıl meydanlardakı gizli təhlükə qan nümunələrində ortaya çıxdı

04 İyun 2026
Mütəxəssis: Menopoz dövründə lobya və soya ürək xəstəlikləri riskini azalda bilər 1efb5239a9e568f4d5a98202893e6997_qaragoz

Mütəxəssis: Menopoz dövründə lobya və soya ürək xəstəlikləri riskini azalda bilər

04 İyun 2026
Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub zfFZUYpBOgzP9ioCpzpiKSj5Z4JJBP5ig5BNQnrx_1200

Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub

04 İyun 2026
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib N1uYyOg80KXXqMlwdew38I4RmB0l7tSNUZSvUrnP_1200

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

04 İyun 2026

BÜTÜN YAZILAR

92727937-4d96-46c8-b0ab-421a13695d26

Ağdam Sənaye Parkında yeni rezident

Həsən 04 İyun 2026
xerceng

Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı

Həsən 04 İyun 2026
fa2579e178d1cbfcdf3987107213bd44_2

Yaşıl meydanlardakı gizli təhlükə qan nümunələrində ortaya çıxdı

Həsən 04 İyun 2026
1efb5239a9e568f4d5a98202893e6997_qaragoz

Mütəxəssis: Menopoz dövründə lobya və soya ürək xəstəlikləri riskini azalda bilər

Həsən 04 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.