PAYLAŞIN:

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.

Paraqraf.com-un məlumatına görə, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb.

G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan – Odessanın prokuroru, 2015-ci ilin dekabrından – Odessa vilayəti prokurorunun müavini postunu tutub.

Ukrayna hakimiyyəti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.

 

Paraqraf.com 

Loading