İranın pilotsuz təyyarələr və ballistik raketlərlə Küveytin beynəlxalq hava limanının terminalına endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub.
Paraqraf.com xəbər verir ki, bu barədə Küveyt Xaici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında dərc olunmuş məlumatda deyilir.
“Xarici İşlər Nazirliyi Küveyt dövləti adından İranın ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumları davam etdirməsini qətiyyətlə qınayır və etirazını bildirir. Ən son hücum bu gün səhər saatlarında baş verib və yenidən mülki və digər mühüm obyektlərə, o cümlədən Küveyt beynəlxalq hava limanına yönəldilib. Bu, bir nəfərin həlak olmasına, digərlərinin yaralanmasına, həmçinin mühüm obyektlərin, o cümlədən diplomatik nümayəndəliklərin zədələnməsinə səbəb olub”, – məlumatda qeyd edilib.
Paraqraf.com
![]()
