Skip to content
03 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • İyun
  • 3
  • Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

admin 03 İyun 2026 3 minutes read
xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200
PAYLAŞIN:

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək.

Bu barədə Paraqraf.com-a  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.

İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə ətraflı məlumat verib.

Bildirib ki, 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında müvafiq düzəlişlərin edilməsi, tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsinə götürülməsi məqsədilə Ekspert Şurası öz fəaliyyətini davam etdirir.

Qeyd edib ki, bu günə qədər Ekspert Şurasında müzakirə edilən 748 abidə və yeni aşkar edilmiş nümunəyə dair qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə 4000-ə qədər abidə və yeni aşkar edilmiş nümunə barədə Ekspertiza aktı hazırlanıb.

Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib.

Bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud siyahıya əlavə və düzəlişlərin edilməsi üçün toplanmış materiallar Ekspert Şurasına təqdim edilib.

İclasda 2 şəhər və 9 rayon üzrə 76 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi müzakirə olunub. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda yerləşən 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Post navigation

Previous: Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib
Next: 45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

OXŞAR MÖVZULAR

C6C5Ht9NgLFUumXWOi9QXMEnLtU2DQ5LmYJGlOZ4_1200

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək

admin 14 May 2026
nOkO9rweyu5knjaTj9YNJCniwy0gXax2xdrylVoh_1200

Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək

admin 14 May 2026
hWvyDjFYVdbIjaxkHiSXhUjv0B2FtzKYVm7OPPSl_1200

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

admin 02 May 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.