PAYLAŞIN:

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri evə buraxılıb.

Bu barədə Paraqraf.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda vurğulanıb ki, iyunun 3-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə avtoqəzada xəsarət alan iki nəfər hospitalizasiya olunub:

“Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə komatoz vəziyyət, qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travmaları, müxtəlif nahiyələrin sınıqları və kəsilmiş yara diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Yüngül xəsarətlər alan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”.

 

Paraqraf.com 

Loading