PAYLAŞIN:

Hörmüz boğazında Türkiyəyə məxsus 9 gəmi qalıb.

Paraqraf.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Hörmüz boğazında Türkiyəyə məxsus 9 gəmidən 7-si ərazidən çıxmaq üçün müraciət edib və onların vəziyyəti izlənilir.

Nazir həmçinin bildirib ki, Türkiyənin İran istisna olmaqla bütün Körfəz ölkələri ilə hava nəqliyyatı açıqdır.

 

Paraqraf.com 

Loading