27 Okt 2026, Ça

“SOCAR Polymer” 4 ayda ixrac gəlirlərini 10 %-ə yaxın artırıb

PAYLAŞIN:

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 90,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Paraqraf.com-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 7,8 milyon ABŞ dolları və yaxud 9,5 % çoxdur.

Ötən 4 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

 

Paraqraf.com 

Loading