Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir
SİYASƏT

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

02 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) yeni fəaliyyətə başlamış Baş müşaviri, Birləşmiş Krallığın Dövlət Prokurorluq Xidmətinin idarə rəisi Tarika Jayaratnenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Paraqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətini qəbul edən Baş prokuror qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanları tərəfindən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi xüsusi diqqətdə saxlanılır.

Bu kontekstdə Assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında uzunmüddətli, geniş və faydalı əməkdaşlıq əlaqələri formalaşıb, təsis edildiyi gündən Azərbaycan Prokurorluğu qurumun fəaliyyətinə mühüm töhfələr verib. Azərbaycan 2002, 2018 və 2024-cü illərdə qurumun İcraiyyə Komitəsinin iclaslarına, 2024-cü ildə, həmçinin İllik İclas və Ümumi Yığıncağına ev sahibliyi edib.

Görüş zamanı qlobal miqyasda cinayətkarlıqla mübarizədə müxtəlif hüquq sistemlərinin prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın mühüm rol oynaması qeyd edilərək, qonaqlara son dövrlərdə milli prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, tətbiq edilən yeni hüquq institutları və yanaşmalar barədə məlumat verilib.

Səmimi qəbula görə minnətdarlıq ifadə edən qonaqlar Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv roluna və verdiyi töhfələrinə görə təşəkkürünü bildirmiş, uzun illərdir davam edən sıx və uğurlu əməkdaşlıqdan məmnuniyyət ifadə edilib.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib

Next

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Copyright 2026— Praqraf.com. All rights reserved