Skip to content
03 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • İyun
  • 2
  • Baş nazirin müavini: “Azərbaycan və Belarus arasında tranzit daşımaları 63 % artıb”

Baş nazirin müavini: “Azərbaycan və Belarus arasında tranzit daşımaları 63 % artıb”

admin 02 İyun 2026 3 minutes read
media-samir_sharifov_281222_1-cupx9j
PAYLAŞIN:

Azərbaycan və Belarus nəqliyyat və logistika sahələrində mühüm əməkdaşlıq potensialına malikdir.

Paraqraf.com xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov belaruslu həmkarı Aleksandr Turçinlə görüşündə bildirib.

“Bu ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 %-dən çox artıb. Bu da ölkələrimizin regional əlaqəliliyin və beynəlxalq marşrutların inkişafında artan rolunu təsdiqləyir”, – S.Şərifov qeyd edib

O həmçinin iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın artan potensialını söyləyib:

“Məmnuniyyətlə qeyd etmək istərdim ki, Belarus biznesi Azərbaycanda 135-ə yaxın şirkət qeydiyyatdan keçirib, onlardan da 90-a yaxını aktiv fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan şirkətləri Belarus tərəfdaşları ilə sənaye kooperasiyasını dərinləşdirir. Məlum olduğu kimi, Gəncə Avtomobil Zavodu Minsk Traktor Zavodu (MTZ) və Minsk Avtomobil Zavodu (MAZ) ilə sənaye kooperasiyası çərçivəsində Azərbaycanda traktorların, yük avtomobillərinin, eləcə də digər kommunal və xüsusi texnikanın yığımını təşkil edib və bu sahədə əməkdaşlığı ardıcıl olaraq genişləndirir. Gəncə Avtomobil Zavodunda yığılan Belarus traktorlarının payı ölkəmizin traktor parkının 80 %-nə çatıb. MAZ avtomobillərinin bazasında 121 ədəd kommunal və yanğınsöndürmə texnikasının yığılması üzrə yeni müqavilələr imzalanıb”.

S.Şərifov eyni zamanda vurğulayıb ki, Bakı və Minsk arasında yeni istiqamətlər üzrə də əməkdaşlıq genişlənir, xüsusilə də Azərbaycanda Belarus texnologiyası əsasında birgə lift yığımı həyata keçirilir:

“Sənaye kooperasiyasının yeni istiqamətlərinin, o cümlədən Azərbaycanda məişət texnikası yığımının təşkili, həmçinin Belarus texnologiyaları və təcrübəsi əsasında dərman və baytarlıq preparatlarının istehsalı yolu ilə fəal axtarışı gedir. Belarus komponentləri əsasında Azərbaycanda mineral gübrələrin istehsalı və ildə 20 min ton həcmində toyuq əti istehsalı üzrə inteqrasiya olunmuş aqrar-sənaye kompleksinin yaradılması ilə bağlı layihələr xüsusi diqqətə layiqdir”.

Baş nazirin müavini əlavə edib ki, Belarus Azərbaycanın Ağdam rayonunun Qızıl Kəngərli kəndinin layihələndirilməsi üzrə işləri yekunlaşdırır.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Post navigation

Previous: Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
Next: Türkiyə ərazisi ilə 4 ayda 64 milyon bareldən çox BTC nefti nəql olunub

OXŞAR MÖVZULAR

2Z4vcKsCj5GiBJSXejRHRfci14PZzBujGATvZdD1_1200

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.06.2026)

admin 03 İyun 2026
kPg3Qjt2ZCfKsCe6jEpHP9HkMP7mMuEzLxFf3VKT_1200

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

admin 03 İyun 2026
NvFJBn4lPDTLT0CpgERRPG3fHFAdlPBY3dwnD44G_1200

Azərbaycan Banqladeşlə enerji əməkdaşlığını müzakirə edib

admin 03 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.