PAYLAŞIN:

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa bu axşam çıxacaq.

Paraqraf.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin güclüsü ilə görüşəcək.

1/4 finalda həmçinin Macarıstan – Bolqarıstan və Gürcüstan – Ukrayna oyunları baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub – 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

 

Paraqraf.com 

Loading