Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır
CƏMİYYƏT

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır

02 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılır.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.

Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılacaq.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 üzvdən – sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

– Azərbaycan Prezidentinə:

– Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

– Agentliyin idarəetmə orqanlarının yaradılması;

– Agentliyin yenidən təşkili və ləğvi;

Nazirlər Kabineti Agentliyin dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etməli və Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan neftinin qiyməti 104 dolları keçib

Next

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved