Azərbaycanla ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər sahələr müzakirə olunub.
Paraqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, müzakirələr Bakı Enerji Həftəsi çərçivəsində ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr ilə görüşdə baş tutub.
Nazir qeyd edib ki, görüşdə regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından əhəmiyyəti, Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən etibarlı platforma kimi mövqeyinin gücləndirilməsi istiqamətində əməkdaşlıq potensialı vurğulanıb.
Paraqraf.com
![]()
