PAYLAŞIN:

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.

Paraqraf.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.

Matç “Tipos Arena”da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu gün həmçinin 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu dünən baş tutub:

Bosniya və Herseqovina – Macarıstan 2:2 (p. – 2:3)

Bolqarıstan – Fransa 6:1

Polşa – Gürcüstan 1:1 (p. – 2:3)

Ukrayna – Portuqaliya 3:1

Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.

 

Paraqraf.com 

Loading