Skip to content
03 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • İyun
  • 1
  • İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

admin 01 İyun 2026 5 minutes read
KJZL4MhfOiH1b8JXvOEjxqilh2khxvNuwCLmWQBZ_1200
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

Paraqraf.com-un məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram.

Artıq uzun illərdir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir.

Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq “yaşıl enerji”yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, “Şahdəniz” qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir.

Ölkəmiz də “yaşıl enerji” istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Azərbaycanın zəngin bərpa olunan enerji potensialı “yaşıl enerji” istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Beynəlxalq enerji şirkətləri ilə irihəcmli “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və “yaşıl enerji” imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində “yaşıl enerji zonası” modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da “yaşıl enerji zonası” elan edilməsinə zəmin yaratmışdır.

Əminəm ki, “Bakı Enerji Həftəsi” bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürümü bildirir, hər birinizə uğurlu əməkdaşlıq, məhsuldar müzakirələr və yeni nailiyyətlər arzulayıram!”.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Post navigation

Previous: Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə olunub
Next: BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

OXŞAR MÖVZULAR

3oEVLfbOpGg1XXyAecaVNoKhh51wxicaiqfyAjiJ_1200

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

admin 03 İyun 2026
5P0rQoZT8IWUdvJfaR1Kpawb3hAK0bvBpniCS77y_1200

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb

admin 02 İyun 2026
6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200 (1)

Prezident Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

admin 01 İyun 2026

XƏBƏR LENTİ

Azərbaycanın U-20 millisi Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq cj4pCS4nKYUwirr4Ww9bEowhj0mJHf3F4Hcoq5we_1200 (1)

Azərbaycanın U-20 millisi Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq

03 İyun 2026
Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub ee23dc91-c5bb-343b-821e-8248f25bd5ee_1200

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

03 İyun 2026
Ukraynanın dron zərbəsi nəticəsində Rusiyadakı “Zenzevatka” stansiyasında neftin nəqli dayandırılıb vcBO0bXUhnlZgzNQp0nHN05YuHHI3WR34AdUJQZl_1200

Ukraynanın dron zərbəsi nəticəsində Rusiyadakı “Zenzevatka” stansiyasında neftin nəqli dayandırılıb

03 İyun 2026
Tramp İranın nüvə güzəştlərini yazılı şəkildə təsdiqləməsini istəyir FejhnXWUxVLsEGLTBalYDqeaCI8Yp2jF5sSMcGgs_1200

Tramp İranın nüvə güzəştlərini yazılı şəkildə təsdiqləməsini istəyir

03 İyun 2026
ABŞ və İran qarşılıqlı zərbələr endiriblər mlO4i0ZXSRTube4VFwbkmx9KZEG3VfQXX15Q9f08_1200

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

03 İyun 2026
Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib GKgpkupMY1PzOUo13EONQr7mCTMYMagjEoPokDHs_1200

Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib

03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.