Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
DÜNYA

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

30 May 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Federasiyasının Krasnodar diyarından olan iki yeniyetmə, o cümlədən yetkinlik yaşına çatmayan şəxs, terror aktına hazırlıq üzrə cinayət işinin iştirakçısı olub.

Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Onlar Tuapsedəki inzibati binalardan birində partlayış törətməyi planlaşdırırdılar.

İş materiallarına görə, martda Kuban vilayətinin 18 yaşlı sakini sosial şəbəkədə terror təşkilatlarından birinin üzvü ilə yazışmaya başlayıb. Kurator yeniyetməyə 300-500 dollar müqabilində özüyığma bomba hazırlamağı təklif edib, o da tapşırığın icrasına 17 yaşlı tanışını cəlb edib.

Həmçinin istintaq komitəsinin iddialarına görə, kuratorun tapşırığı ilə yeniyetmələr hərbi obyektin çəkilişini aparıb, mühafizənin və videomüşahidə kameralarının yerləşməsi barədə məlumatları ötürüblər. Bundan sonra yeniyetmələrdən birinin hesabına 30 dollar daxil olub.

Cinayətin qarşısı FTX əməkdaşları tərəfindən alınıb. Saxlanılanlar barəsində RF CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 30-cu maddəsinin 1-ci hissəsi üzrə iş qaldırılıb. İstintaqda əlavə ediblər ki, dindirilmə zamanı yeniyetmələr günahlarını etiraf ediblər. Məhkəmə onları istintaq təcridxanasına göndərib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb

Next

Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub

Copyright 2026— Praqraf.com. All rights reserved