Skip to content
04 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 30
  • Əsəd Rüstəmli: “Bir zamanlar tələbə kimi oturduğum auditoriyalara bu gün rəhbər kimi qayıtmışam”

Əsəd Rüstəmli: “Bir zamanlar tələbə kimi oturduğum auditoriyalara bu gün rəhbər kimi qayıtmışam”

Həsən 30 May 2026
WhatsApp Image 2026-05-30 at 14.43.49
PAYLAŞIN:

Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən və minlərlə gəncin uğur hekayəsində pay sahibi olan “Oxu Tədris Mərkəzi” artıq uzun illərdir dövlət qulluğuna hazırlıq, xarici dil tədrisi və peşəkar inkişaf istiqamətlərində fəaliyyət göstərir. Mərkəzin təsisçisi və rəhbəri Əsəd Rüstəmli Paraqraf.com-a müsahibəsində təhsil müəssisəsinin yaranma məqsədlərindən, dövlət qulluğuna hazırlığın incəliklərindən, gənclərin bu sahəyə artan marağından və gələcək layihələrdən danışıb.

– “Oxu Tədris Mərkəzi”nin fəaliyyətə başladığı ilk dövrlərdə qarşıya qoyulan əsas məqsədlər nələr idi?

– “Oxu Tədris Mərkəzi” 2014-cü ildə fəaliyyətə başlayarkən qarşısına sadəcə kurs xidməti göstərmək məqsədi qoymamışdı. Əsas hədəf gənclərin bilik və bacarıqlarının inkişafına töhfə vermək, onların dövlət qulluğu, ali təhsil, xarici dil və ümumilikdə peşəkar inkişaf yolunda etibarlı tərəfdaş olmaq idi.

Ölkəmizdə insan kapitalının inkişafının prioritet məsələlərdən biri olduğu bir dövrdə fəaliyyətə başlayan mərkəz ilk gündən keyfiyyətli təhsil, peşəkar müəllim heyəti və nəticəyönümlü tədris prinsiplərinə əsaslanıb. İllər ərzində minlərlə gəncin uğur yoluna şahidlik etmişik. Bu gün müxtəlif dövlət qurumlarında çalışan, öz sahəsində uğur qazanmış məzunlarımızın olması bizim üçün ən böyük nailiyyətdir.

Şəxsən mənim üçün də “Oxu Tədris Mərkəzi” xüsusi məna daşıyır. Çünki dövlət qulluğuna aparan ilk addımlarımı məhz burada atmışam. Bu gün həmin təhsil müəssisəsinə rəhbərlik etmək mənim üçün həm qürur, həm də böyük məsuliyyətdir.

– Mərkəzdə dövlət qulluğuna hazırlıq proqramı hansı istiqamətlər üzrə qurulub?

– Proqramlarımız Dövlət İmtahan Mərkəzinin tələblərinə uyğun şəkildə hazırlanıb. Test mərhələsi üzrə qanunvericilik, məntiq, informatika və Azərbaycan dili fənləri tədris olunur. Müsahibə hazırlığı istiqamətində isə qanunvericilik, vəzifə proqramı və dünyagörüşü üzrə kompleks tədris həyata keçirilir.

Dövlət qulluğuna qəbulun ilkin mərhələsi test imtahanıdır. Bu mərhələdə namizədləri 100 sual gözləyir. BA kateqoriyası üzrə isə əlavə olaraq açıq tipli suallar təqdim olunur. Məqsədimiz yalnız imtahandan keçmək deyil, peşəkar və məsuliyyətli dövlət qulluqçuları yetişdirməkdir.

– Xarici dil tədrisi mərkəzin fəaliyyətində hansı yer tutur və daha çox hansı dillərə maraq göstərilir?

– Xarici dil tədrisi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Müasir dövrdə xarici dil bilikləri artıq sadəcə üstünlük deyil, zəruri bacarıqlardan birinə çevrilib.

Hazırda ən çox maraq ingilis dili kurslarına olsa da, rus, fransız və digər xarici dillərin tədrisi də həyata keçirilir. Tədris prosesində əsas diqqət qrammatika ilə yanaşı, sərbəst danışıq bacarıqlarının inkişafına yönəldilir. Dərslərdə interaktiv metodlardan, danışıq klublarından və praktik məşğələlərdən geniş istifadə olunur.

– Dövlət qulluğuna hazırlaşan şəxslər ən çox hansı çətinliklərlə qarşılaşırlar?

– Ən çox rast gəlinən problemlər planlı hazırlığın olmaması, vaxtın düzgün idarə edilməməsi və imtahan həyəcanıdır. Bəzən namizədlər bilik baxımından kifayət qədər hazır olsalar da, psixoloji gərginlik onların nəticələrinə mənfi təsir göstərir.

Xüsusilə qeyd etmək istərdim ki, dövlət qulluğuna hazırlaşan şəxslər, əgər işləri ilə bağlı zərurət yoxdursa, sosial şəbəkələrə sərf etdikləri vaxtı minimuma endirməlidirlər. Təcrübə göstərir ki, sosial media həm diqqəti yayındırır, həm də hazırlıq prosesinin səmərəliliyini azaldır.

– Tədris prosesində klassik və müasir metodların balansı necə qorunur?

– Biz ənənəvi tədrisin üstünlüklərini müasir texnologiyaların imkanları ilə birləşdiririk. Müəllim izahları, praktik məşğələlər, interaktiv dərslər, elektron resurslar və mütəmadi qiymətləndirmə mexanizmləri birlikdə tətbiq olunur. Bu yanaşma tədrisin effektivliyini artırır.

– Dövlət qulluğu imtahanlarında yüksək nəticə göstərən tələbələrinizin uğur sirrini nə ilə əlaqələndirirsiniz?

– Uğur heç vaxt təsadüf nəticəsində əldə olunmur. Yüksək nəticə göstərən tələbələrimizin ortaq xüsusiyyətləri məqsədin aydın olması, intizamlı hazırlıq, düzgün istiqamətləndirmə və davamlı inkişaf istəyidir.

Biz tələbələrə yalnız imtahan proqramını öyrətmirik, eyni zamanda onlarda analitik düşüncə, qanunvericilik mədəniyyəti və dövlətçilik təfəkkürü formalaşdırmağa çalışırıq. Dövlət qulluğu sadəcə işə qəbul imtahanı deyil, dövlətə və vətəndaşa xidmət missiyasının başlanğıcıdır.

– Son illərdə gənclərin dövlət qulluğuna marağında müşahidə olunan artımı necə qiymətləndirirsiniz?

– Bu marağın artması sevindirici haldır. Gənclər dövlət qulluğunu sabit karyera, peşəkar inkişaf və cəmiyyətə xidmət imkanı kimi görürlər. Dövlət idarəçiliyində aparılan islahatlar, şəffaflıq və rəqəmsallaşma prosesləri də bu sahəyə marağın yüksəlməsinə müsbət təsir göstərib.

– Müəllim heyətinin formalaşdırılması zamanı hansı meyarlar əsas götürülür?

– Müəllim heyətinin formalaşdırılması bizim üçün strateji məsələdir. Namizədlərin yalnız akademik biliklərinə deyil, biliklərini effektiv şəkildə ötürmək bacarığına, müasir tədris metodlarından istifadə etməsinə və tələbələrlə düzgün ünsiyyət qurmasına da xüsusi diqqət yetiririk.

Bununla yanaşı, məsuliyyətlilik, dürüstlük, etik davranış, komanda ruhu və daimi özünüinkişaf istəyi əsas meyarlarımız sırasındadır.

– Sınaq imtahanları tələbələrin hazırlığına necə təsir göstərir?

– Sınaq imtahanları tələbələrə real imtahan mühitini əvvəlcədən yaşamağa imkan verir. Bu, həm bilik səviyyəsinin yoxlanılması, həm də psixoloji hazırlığın gücləndirilməsi baxımından olduqca vacibdir. Tələbələr öz zəif tərəflərini vaxtında müəyyən edib onların üzərində işləyə bilirlər.

– Onlayn tədris imkanlarının genişlənməsi hansı yenilikləri gətirib?

– Biz onlayn tədris modelini pandemiyadan əvvəl tətbiq etməyə başlamışdıq. Bu gün onlayn təhsil coğrafi sərhədləri aradan qaldıraraq ölkənin istənilən nöqtəsində yaşayan insanlara keyfiyyətli təhsil almaq imkanı yaradır.

Bizim üçün onlayn təhsil sadəcə dərslərin internet üzərindən keçirilməsi deyil. Əsas məqsəd auditoriya mühitinin keyfiyyətini rəqəmsal platformalarda da qorumaq və nəticəyönümlü hazırlığı təmin etməkdir.

– Dövlət qulluğuna qəbul olmaq istəyən gənclərə ən vacib tövsiyəniz nə olardı?

– İlk növbədə öz potensiallarına inanmağı tövsiyə edərdim. Məqsəd aydın olduqda, sistemli hazırlıq və əzmkarlıq nəticəni qaçılmaz edir. Dövlət qulluğuna sadəcə iş və ya karyera kimi deyil, vətəndaşa xidmət missiyası kimi yanaşmaq lazımdır.

Bu sahədə uğur qazanmaq üçün bilik və peşəkarlıqla yanaşı, dürüstlük, obyektivlik və yüksək məsuliyyət hissi də vacibdir.

– “Oxu Tədris Mərkəzi” yaxın illərdə hansı layihələri həyata keçirməyi planlaşdırır?

– Rəqəmsal təhsil platformalarının inkişafı, yeni hazırlıq proqramlarının yaradılması, xarici dil tədrisinin genişləndirilməsi və peşəkar inkişaf istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Məqsədimiz daha çox insanın uğur hekayəsinin bir parçasına çevrilməkdir.

– Sonda təhsil alan gənclərə və dövlət qulluğuna hazırlaşan şəxslərə nə demək istərdiniz?

– İstərdim ki, hər bir gənc öz potensialına inansın. Uğura gedən yol bəzən uzun və çətin görünə bilər, lakin əzm və zəhmət olduqda nəticə mütləq gəlir.

Unutmaq olmaz ki, təhsil sadəcə diplom əldə etmək vasitəsi deyil. Təhsil insanın dünyagörüşünü formalaşdırır, ona düzgün seçim etmək və qərar vermək bacarığı qazandırır. Dövlət qulluğuna hazırlaşan gənclərə isə demək istəyirəm ki, bu yol yalnız imtahan nəticəsi əldə etməkdən ibarət deyil. Bu, dövlətə və vətəndaşa xidmət etməyə hazırlıq yoludur.

Mən özüm də vaxtilə dövlət qulluğuna hazırlaşan bir gənc olmuşam. Bir zamanlar tələbə kimi oturduğum auditoriyalara bu gün rəhbər kimi qayıtmışam. Bu mənə bir daha göstərir ki, insan qarşısına məqsəd qoyub əzmlə çalışarsa, uğur gec-tez onun qapısını döyəcək.

 

Həsən

Paraqraf.com

Loading

About The Author

Həsən

See author's posts

Post navigation

Previous: Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Fransanı məğlub edərək qrup lideri olub
Next: Niderland rəsmiləri Bakı Enerji Həftəsində iştirak edəcək

OXŞAR MÖVZULAR

Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Həsən 03 İyun 2026
Rprt0kLbF80DTXCOYAnA3iEbtsNt0hOQUmWhU5w7_1200

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Həsən 03 İyun 2026
15702077-4dba-4168-9deb-01d6fdf2c9e1_1200

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Həsən 03 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026

BÜTÜN YAZILAR

60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

Həsən 03 İyun 2026
xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

Həsən 03 İyun 2026
NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Həsən 03 İyun 2026
fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Həsən 03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.