Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Messi 6-cı dəfə dünya çempionatında iştirak edəcək
İDMAN

Messi 6-cı dəfə dünya çempionatında iştirak edəcək

29 May 2026 1 Min Read
PAYLAŞIN:

Lionel Messi futbol üzrə Argentina millisinin dünya çempionatı üçün heyətinə daxil edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası məlumat verib.

Canluka Prestianni və İspaniyanın “Real” klubunun formasını geyinən Franko Mastantuono yığmadan dəvət almayıblar.

Argentina millisinin heyəti – qapçılar: Emiliano Martines (“Aston Villa”, İngiltərə), Xuan Musso (“Atletiko”, İspaniya), Xeronimo Rulyi (“Marsel”, Fransa), müdafiəçilər: Nauel Molina (“Atletiko”), Qonsalo Montyel (“River Pleyt”), Kristian Romero (“Tottenhem”, İngiltərə), Loenardo Balyerdi (“Marsel”, Fransa), Lisandro Martines (“Mançester Yunayted”, İngiltərə), Nikolas Otamendi (“Benfika”, Portuqaliya), Nikolas Talyafiko (“Lion”, Fransa), Fakundo Medina (“Lans”, Fransa), yarımmüdafiəçilər: Leandro Paredes (“Boka Xuniors”), Covanni Lo Çelso (“Betis”, İspaniya), Rodriqo De Paul (“İnter Mayami”, ABŞ), Tyaqo Almada (“Atletiko”, İspaniya), Esekiel Palasios (“Bayer 04”, Almaniya), Nikolas Qonsales (“Yuventus”, İtaliya), Niko Pas (“Komo”, İtaliya), Aleksis Makallister (“Liverpul”, İngiltərə), Entso Fernandes (“Çelsi”, İngiltərə), Valentin Barko (“Strasburq”, Fransa), hücumçular: Xulian Alvares (“Atletiko”, İspaniya), Lionel Messi (“İnter Mayami”, ABŞ), Lautaro Martines (“İnter”, İtaliya), Xose Manuel Lopes (“Palmeyras”, Braziliya), Culiano Simeone (“Atletiko”, İspaniya).

Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya ilə oynayacaq.

“İnter Mayami”nin 38 yaşlı hücumçusu üçün bu turnir onun altıncı Dünya Kuboku ola bilər. Əvvəllər Portuqaliya yığmasının heyətinə daxil olan Kriştianu Ronaldu da oxşar nailiyyətə imza ata bilər. Messi 2022-ci il Dünya Kubokunun, 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Amerika Kubokunun ikiqat, “Qızıl top” mükafatının isə 8 qat qalibidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib

Next

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün İtaliya ilə üz-üzə gələcək

Copyright 2026— Praqraf.com. All rights reserved