PAYLAŞIN:

Futbol üzrə Azərbaycan II Liqasına vəsiqə qazanmaq uğrunda pley-off oyunu bu gün keçiriləcək.

Paraqraf.com-un məlumatına görə, “Biləsuvar”“Ağstafa Gəncləri” komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:00-da start götürəcək.

Xatırladaq ki, ötən mövsüm “Ağstafa Gəncləri” II Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasında üçüncü yeri tutub.

 

Paraqraf.com 

Loading