Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya Ermənistanı Avropa İttifaqı kursuna görə qaz tədarükü müqaviləsinin ləğvi ilə hədələyib
DÜNYA

Rusiya Ermənistanı Avropa İttifaqı kursuna görə qaz tədarükü müqaviləsinin ləğvi ilə hədələyib

27 May 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Ermənistana Avropa İttifaqına üzvlük prosesinə davam etdiyi təqdirdə qaz, neft məhsulları və işlənməmiş almaz tədarükünə dair sazişi birtərəfli qaydada dayandırmaq və ya ləğv etməklə hədələyib.

Paraqraf.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Onun sözlərinə görə, Rusiya tərəfi artıq Ermənistana müvafiq rəsmi bildiriş göndərib.

“2026-cı il mayın 27-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfirliyi Ermənistan tərəfinə energetika naziri Sergey Sivilyovun Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirliyinin ünvanına məktubunu rəsmi olaraq təqdim edib. Məktubda Ermənistan Respublikasının Aİ-yə üzvlük prosesinə davam etdiyi halda, Rusiya tərəfinin Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında təbii qaz, neft məhsulları və işlənməmiş təbii almaz tədarükü sahəsində əməkdaşlığa dair 2013-cü il dekabrın 2-si tarixli Sazişi birtərəfli qaydada dayandıracağı və ya ləğv edəcəyi barədə məlumat verilir”, – bəyanatda deyilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cənubi Koreya Hörmüz boğazındakı insidentə görə İran səfirini çağıracaq

Next

UEFA Konfrans Liqasının final oyunu bu axşam keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved