PAYLAŞIN:

Mərakeş, Meksika və Serbiya səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar.

Paraqraf.com xəbər verir ki, müvafiq paylaşımlar diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində edilib.

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş yazıb: “Bayramınız mübarək! Qoy hər il rifah və sevinc gətirsin”.

“Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik!”, – Meksikanın Azərbaycandakı səfirliyinin mesajında deyilir.

Serbiyanın Azərbaycandakı səfirliyi də bütün müsəlmanlara firavanlıq və sevinc dolu bayram arzulayıb.

 

Paraqraf.com 

Loading