PAYLAŞIN:

Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək.

Paraqraf.com-un məlumatına görə, “Şimal”“Qaradağ Lökbatan” matçı Şamaxı şəhər stadionunda təşkil olunacaq.

Saat 16:00-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək.

Xatırladaq ki, “Şimal” cari mövsüm I Liqanı 11-ci, “Qaradağ Lökbatan” isə II Liqanı 2-ci pillədə başa vurub.

 

Paraqraf.com 

Loading